Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Kriminal / DİN və DTX Astarada birgə əməliyyat keçirdi

DİN və DTX Astarada birgə əməliyyat keçirdi

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Astarada birgə əməliyyat keçirib.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, sentyabrın 22-də Astara Rayon Polis Şöbəsinin və DTX-nın rayon şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pensər kənd sakini Teymur Paşayevə məxsus “Mercedes” markalı avtomobilin salonundan 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə T. Paşayevin atası Ağadadaşın Pensər kəndində yaşadığı evdən isə 1 ədəd pnevmatik tapança, 1 ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng, 7 ədəd patron və 1 ov bıçağı aşkar edilərək götürülüb.

Həmçinin oxuyun

Qayınatasını döyən çempiona hökm oxundu

Qayınatasını beşbarmaqla döyməkdə təqsirləndirilən, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidova hökm oxunub.  “Qafqazinfo”nun verdiyi …