Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Kriminal / DİN tanınmış xanıma cinayət işi açdı: qadınları Türkiyəyə aparıb, satırmış…

DİN tanınmış xanıma cinayət işi açdı: qadınları Türkiyəyə aparıb, satırmış…

Azərbaycan şou-biznesinin məşhur siması, prodüser Təranə Səmədovaya Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi açılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, prodüser təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilib.

Ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib.

İttiham görə, Təranə Səmədova Türkiyəyə qadın apararaq onu istismar edib.

Təranə Səmədova barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.

Məsələ ilə bağlı münasibətini öyrənmək üçün Lent.az-ın əməkdaşı T.Səmədova ilə əlaqə saxlamağa çalışıb. Lakin prodüser zənglərə cavab verməyib.

Həmçinin oxuyun

“Lotu Quli”nin məzarı üstündə atışma: Bir nəfər öldü

İstanbulun Esenyurt rayonunda “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub. …