Ana səhifə / Kriminal / DİN Qırğızıstan rəhbərliyinə sui-qəsddə şübhəli bilinən azərbaycanlılarla bağlı məlumat yayıb

DİN Qırğızıstan rəhbərliyinə sui-qəsddə şübhəli bilinən azərbaycanlılarla bağlı məlumat yayıb

Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) martın 23-də Qırğızıstanda transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olan Azərbaycan vətəndaşlarının saxlanıldığı barədə məlumat yayıb.

Nazirlik bildirib ki, Qırğızıstanın aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində həmin şəxslər barəsində toplanmış məlumatlar qarşı tərəfə təqdim edilib:

“Araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya, digərinin isə Azərbaycan ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilib”.

DİN həmçinin qeyd edib ki, qarşı tərəfin hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqədə şübhəli bilinən 4 nəfər Qırğızıstan vətəndaşının Azərbaycanda yeri müəyyən edilib.

Onlar saxlanılaraq Qırğızıstanın aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil verilib.

“Məsələnin təfərrüatlarının tam və ətraflı araşdırılması üçün Qırğızıstan Respublikasının hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində birgə tədbirlər davam etdirilir”, – deyə məlumatda vurğulanır.

Martın 23-də  Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi Qırğızıstanın dövlət rəhbərliyinə sui-qəsddə ittiham olunan 5 Azərbaycan vətəndaşının saxlanıldığı haqda məlumat yaymışdı.

Bildirilirdi ki, Qırğızıstanın milli təhlükəsizlik orqanları V.M.Əliyev, S.A.Bağırov, M.O.Əsgərov, M.S.Bekhbudrov və Z.İ.Məmmədovu saxlayıblar:

Daxil olan əməliyyat məlumatlarına görə, M.O.Əsgərov kriminal aləmdə “sələfi” statusuna malikdir. Kriminal mühiti gücləndirmək və oğru ideologiyasını yaymaq, habelə statusunu artırmaq məqsədilə dövlətin mütəşəkkil cinayətkarlığa qarşı fəal mübarizə siyasəti ilə əlaqədar olaraq, cinayət ortaqları ilə birlikdə Qırğızıstana gələrək ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədi güdüblər”.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …