Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Kriminal / DİN Nardaranda əməliyyat keçirdi

DİN Nardaranda əməliyyat keçirdi

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN-dən Trend-ə verilən məlumata görə, bu istiqamətdə Sabunçu rayon polis idarəsinin 42-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında aprelin 19-da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan İsrayıl Səmədzadənin həyətindən torpağa basdırdığı “Patent” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bunula yanaşı, aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Hüseyn Hüseynov müvafiq sənədləri olmayan “TOЗ-16” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.

Həmçinin oxuyun

“Xanımımın yolunu kəsən sürücü oğlumu boğmaq istəyib” – Video

Bakıda sürücülər arasında insident baş verib.  “ Azinforum.az ” xəbər verir ki, Avtosfer.az-a müraciət edən …