Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / DİN Lerikdə zorlanma xəbərinə aydınlıq gətirdi

DİN Lerikdə zorlanma xəbərinə aydınlıq gətirdi

Daxili İşlər Nazirliyi Lerikdə yeniyetmə qızın zorlanması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansuzadə yeniyetmə qızın təcavüzə məruz qalması barədə Lerik rayon Polis Şöbəsinə, eləcə də nazirliyin digər aidiyyəti sutrukturlarına hər hansı məlumat və müraciət daxil olmadığını bildirib: “Yeniyetməyə qarşı zorakılıq etməkdə adı hallanan şəxsin evinə hücum olması barədə yayılan məlumatlar da həqiqətdən uzaqdır və bu iddialar təxribat xarakterli dezinformaisyalardır”.

Qeyd edək ki, bəzi KİV-də Lerikdə 7-ci sinif şagirdinin zorlandığı barədə məlumatlar yayılıb. APA

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …