Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Kriminal / DİN İmişlidə bir ailənin 5 üzvünün öldüyü qəza barədə məlumat yaydı

DİN İmişlidə bir ailənin 5 üzvünün öldüyü qəza barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonununda 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, sentyabrın 9-da saat 01 radələrində İmişli rayonunun Əliqulular kəndi ərazisində Bakı şəhər sakini İlqar Şamxalov idarə etdiyi “Opel Vectra” markalı avtomobili yolun kənarındakı su kanalına (kollektora) aşırıb.

Avtomobil kanaldan çıxarılıb, sürücü və sərnişinləri – qardaşı Etibar, onun arvadı Mərziyyə, oğlu Elnur və onun arvadı Afət Kərimova suda boğulublar.

Hadisə ilə bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

*   *   *09:58

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.

Belə ki, “Opel Vectra” markalı, 10 TN 845 dövlət nömrə nişanl minik avtomobili yoldan çıxaraq su kanalına aşıb.

Hadisə nəticəsində avtomobildə olan 5 nəfər boğularaq ölüb.

Virtualaz.org-un məlumatına görə, bunlar maşının sürücüsü-Bakı sakini, 1963-cü il təvəllüdlü Şamxalov İlqar Əliağa oğlu, İmişli sakinləri – sürücünün qardaşı, 1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Məmmədova Mərziyyə Əmiraslan qızı, 1991-ci l Məmmədov Elnur Etibar oğlu və 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızıdır.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

İlk dərs günü 3-cü sinif şagirdini maşın vurdu, öldü

İlk dərs günü məktəbli yol qəzasında ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə günorta saatlarında Şamaxının …