Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / DİN azərbaycanlı futbolçunun həbsi ilə bağlı məlumat yaydı

DİN azərbaycanlı futbolçunun həbsi ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Sumqayıtda oğurluqla məşğul olan şəxslərin tutulması ilə bağlı məlumat yayıb.
Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev tutulublar.

Aparılan tədbirlərlə onların kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satmaları müəyyən edilib. Hər iki şəxs tutulub.

Qeyd edək ki, tutulan şəxslər arasında olan Nicat Muxtarov peşəkar futbolçudur və “Sumqayıt” futbol klubunun oyunçusudur.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın