Cümə , Dekabr 4 2020
Ana səhifə / Kriminal / DİN 8 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

DİN 8 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Göygöldə baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.

Aprelin 29-da saat 12 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində Daşkəsən rayon sakinləri Eldəniz Həsənovun idarə etdiyi “VAZ-2107” və Aslan Camalovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə E.Həsənov və həmyerliləri olan sərnişinləri Nahidə Orucova, habelə A.Camalov və həmyerliləri olan sərnişinləri Həmid Bayramov hadisə yerində, eləcə də E.Həsənovun qızı Rübab və digər sərnişini Firəngiz Orucova, A.Camalovun oğlu Hüseyn və arvadı Sevinc Xamalova isə xəstəxanada ölüblər. E.Həsənovun digər sərnişini – arvadı Ruhiyyə Həsənova xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …