Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Diaspora sədrinin meyiti şkafda asılmış halda tapılıb – Təfərrüat

Diaspora sədrinin meyiti şkafda asılmış halda tapılıb – Təfərrüat

Ukraynadakı Lvov vilayəti Azərbaycanlıları Konqresinin sədri Məcid Muxiyevin Türkiyənin Antalya şəhərində dünyasını dəyişdiyini xəbər vermişdik.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, Muxiyevin vəfatının bəzi təfərrüatları məlum olub.

Sədr Antalya şəhərində qaldığı evdə ölü olaraq aşkarlanıb. Onun qapını açmadığını görən və evdən pis qoxu gəldiyini hiss edən ev sahibi polisə zəng edib.

Tək yaşayan və portağal ticarəti ilə məşğul olan 64 yaşlı M. Muxiyev yataq otağındakı şkafda elektrik naqili ilə boynundan asılmış halda tapılıb. İlkin versiyaya görə, o, 5-6 gün əvvəl ölüb.

Hazırda faktla bağlı araşdırma başlayıb.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …