Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Diaspor rəhbərinə zorakılıq edən polis əməkdaşlarına cinayət işi açıldı – Açıqlama

Diaspor rəhbərinə zorakılıq edən polis əməkdaşlarına cinayət işi açıldı – Açıqlama

Rusiyanın Kazan şəhərində Azərbaycan diaspor rəhbəri Sərraf Kərimova zorakılıq edən mülki geyimli polis əməkdaşlarına qarşı cinayət işi başlanılıb.
Birləşmiş Dünya Azərbaycanlıları Birliyinin Tatarıstan Respublikası üzrə rəhbəri olan S. Kərimov APA-ya bildirib ki, cinayət işi Rusiya Federal İstintaq Komitəsinin Tatarıstan Respublikası üzrə idarəsi tərəfindən açılıb.
Səlahiyyətlərindən sui-istifadə edərək zorakılıq əməli törədilməsi ilə bağlı qaldırılan cinayət işi üzrə istintaq davam edir. S. Kərimov qeyd edib ki, ona qarşı zorakılıq edən polis əməkdaşları iş üzrə dindirilir, hələlik saxlanılan yoxdur: “Hansısa insidenti səbəb göstərib mənə qarşı, sonra da şəhərdə yaşayan azərbaycanlılara qarşı təhdidlər, zorakılıqlar oldu. Burada ancaq öz gücümüzə haqqımızı bərpa edə bildik. İddiam üzrə şikayət təmin olunub və iş başlanıb. Nəticəsini gözləyirik”.
Qeyd edək ki, noyabrın 18-də Kazan şəhərinin Novo-Savinovskiy rayonunda mülki geyimli şəxslər S. Kərimovu zorla avtomobilindən düşürüblər, ona xəsarət yetiriblər.

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …