Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Kriminal / Deputatlar “Veysəloğlu”nda olublar

Deputatlar “Veysəloğlu”nda olublar

Ölkədə sahibkarlara yaradılan münbit şərait, əlverişli iqtisadi mühit və möhkəm hüquqi əsasları olan qanunvericilik bazası iqtisadiyyatın bütün sahələrində olduğu kimi, qida sənayesinin də inkişafına təkan verir. Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğı, sahibkarların müdafiəsi ilə bağlı etdiyi son çıxışları, müvafiq fərman və sərəncamları ölkə sahibkarlarına bir daha ruh yüksəlişi və ümid verir.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili, akademik Ziyad Səmədzadənin başçılıq etdiyi nümayəndə heyəti “Veysəloğlu” Şirkətlər Qrupuna səfər ediblər. Səfərdə məqsəd ölkə başçısının sahibkarlığın inkişafina göstərdiyi diqqət və qayğı, yerli istehsalın stimullaşdırılması, bu istiqamətdə olan maneələrin aradan qaldırılması, iş adamlarına lazımi köməkliyin göstərilməsi ilə bağlı verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin icrası və onları maraqlandıran məsələlər ilə yaxından tanış olmaqdır.

Deputatlar “Ulduz” şokolad fabrikində yaradılmış iş yerləri və istehsalat prosesi ilə yaxından tanış olublar. Qonaqlara bildirilib ki, Avropanın ən müasir avadanlıqları ilə təchiz edilmiş fabrikdə istehsal edilən məhsullar “Azərbaycan malı” adı altında dünyanın 20-yə yaxın ölkəsinə ixrac olunaraq hər il keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil edir.

Daha sonra parlament üzvləri “Veysəloğlu” şirkətinin anbar infrastrukturu ilə də yaxından tanış olublar. Ziyad Səmədzadə qeyri-neft sektorunun, o cümlədən yerli sahibkarlığın inkişaf etdirilməsi, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması, yeni iş yerlərinin açılmasının daim ölkə başçısının diqqət mərkəzində olduğunu və bu istiqamıtdə iş adamlarına lazımi şəraitin yaradılacağını vurğulayıb. Şirkət rəhbərliyi isə öz növbəsində ölkəmizdə biznes mühitinin daha da yaxşılaşması, ölkə başçısı İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi xüsusi dəstəyin sahibkarların fəaliyyəti üçün bir stimul verdiyini, iş adamlarına göstərilən dövlət qayğısının, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən müxtəlif Dövlət Proqramları və tətbiq olunan güzəştlərin özəl sektora ölkə rəhbərinin xüsusi diqqətindən xəbər verdiyini və bu addımların qısa bir müddət ərzində ölkə itisadiyyatına öz müsbət töhfəsini verəcəyinə əmin olduğunu bildirib.

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar”la bağlı yeni xəbər

2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, külli miqdarda mənimsəmədə təqsirləndirilən …

Bir cavab yazın