Ana səhifə / Kriminal / Deputatın oğlu Türkiyədə qəzaya düşüb – Yaralı Bakıya gətirilib

Deputatın oğlu Türkiyədə qəzaya düşüb – Yaralı Bakıya gətirilib

Milli Məclisin üzvü Dilarə Cəbrayılovanın oğlu Türkiyədə qəzaya düşüb.

ONA-nın Türkiyə bürosunun verdiyi məlumata görə, deputatın oğlu Fərid Cəbrayılov mayın 10-da velomoped sürərkən lyuka düşüb. Hadisə nəticəsində onun diz qapağı 3 yerdən çatlayıb. 

Fərid Cəbrayılov artıq Bakıya gətirilib, xəstəxanalardan birində müalicə olunur.

Qeyd edək ki, D.Cəbrayılova 27 saylı Sabunçu II Seçki Dairəsindən Milli Məclisə deputat seçilib, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür.

Həmçinin oxuyun

Dövlətin ayırdığı subsidiyaları mənimsəyənlər tutuldu – VİDEO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” …