Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Deputatın faciəvi şəkildə ölən oğlunun – Fotosu

Deputatın faciəvi şəkildə ölən oğlunun – Fotosu

İsveçrədə xizək sürən zaman yıxılıb həyatını itirən deputat oğlunun fotosu yayılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, millət vəkili Əsabil Qasımovun oğlu 29 yaşlı oğlu Elçin Qasımov həvəskar futbol klubu olan “Sirena Motors”un üzvü olub.

E.Qasımov xizək sürərkən qəzaya düşüb və dünyasını dəyişib. 

Qeyd edək ki, Əsabil Qasımov millət vəkili kimi populyar olmasa da, iş dünyasının tanınmış simalarından biridir. Belə ki, o, Azərbaycanda və xaricdə böyük biznes şəbəkəsinə malikdir. Ölkənin tanınmış “Karat Holding”inin sahibi olan Qasımov eyni zamanda, bir neçə il əvvəl Yessentukidə böyük maliyyə hesabına kurort zonası da inşa etdirib. Onun tikdirdiyi beş ulduzlu “İstoçnik” şəhərin ən prestijli sanatoriyalarından biri sayılır. 

Bundan əlavə, Ə. Qasımov ölkəyə taxıl idxal edən əsas fiqurlardan biridir.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …