Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Deputat: “Yerli məhsullarda yuxarı qiymət həddi müəyyən edilməlidir”

Deputat: “Yerli məhsullarda yuxarı qiymət həddi müəyyən edilməlidir”

Azərbaycanda yerli məhsullarda yuxarı qiymət həddi müəyyən etmək lazımdır. Bunu Trend-ə Milli Məclisin deputatı Fuad Muradov deyib.
Onun sözlərinə görə, dünya təcrübəsində ən vacib məhsulların qiymətinin yuxarı həddini müəyyən etmək normal qarşılanır:
“Misal üçün dövlət məhsullar üzrə 10 faizə qədər marja müəyyən edə bilər və əgər sahibkar məhsulun qiymətini bu həddən yuxarı müəyyən edərsə, bu halda qanunvericilikdə nəzərdə tutulumuş qaydada tədbirlər görülə bilər”.
İdxal olunan məhsullara gəlincə isə, deputat hesab edir ki, bu məhsulların qiymətinə nəzarət edəcək monitorinq qrupunun uaradılmasına ehtiyac var: “Regionlarda icra hakimiyyəti başçılarının rəhbərliyi ilə monitorinq qruplarının yaradılması lazımdır. Bu yolla hazırda məhsulların qiymətlərinə nəzarət etmək olar”.
F.Muradov həmçinin sahibkarlığın stimullaşdırılmasının vacibliyini vurğulayıb: “Bir sıra istiqamətlər var ki, dövlət burada həm sahibkarlara, həm də distribyutor fəaliyyəti ilə məşğul olan şirkətlərə dəstək göstərə bilər”.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın