Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Deputat və icra başçısının qohumu qətlə yetirildi – Məhərrəmkənddə atışma

Deputat və icra başçısının qohumu qətlə yetirildi – Məhərrəmkənddə atışma

Dağıstanın Azərbaycanla sərhədində yerləşən Məhərrəmkənd rayonunda baş verən silahlı atışma nəticəsində 2 nəfər ölüb.
Axar.az xəbər verir ki, bu barədə RİA-ya rayon rəhbəri Fərid Əhmədov məlumat verib. O, olay zamanı yaralanan 3 nəfərin isə xəstəxanaya çatdırıldığını bildirib.
Ölənlərdən birinin rayon məclisinin deputatı olduğu qeyd edilib.
Hadisənin törədənlərdən biri ələ keçib, 2-si isə ərazidən uzaqlaşıb.
Ümumilikdə isə atışmada 8 nəfərin iştirak etdiyi deyilib.
***
Hüquq-mühafizə orqanlarındakı mənbədən RİA-ya verilən məlumata görə, atışma pula, daha dəqiq desək. borc qalmaqalına görə baş verib. İnsidentdən Məhərrəmkənd rayon icra başçısının qohumları da iştirak edib. Onlardan biri – Eldar Yarəliyev öldürülüb, digəri isə yaralanıb və xəstəxanaya yerləşdirilib.
İndiyə qədər 6 nəfər həbs edilib, 15-ə qədər şəxsin axtarış əməliyyatı davam edir.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …