Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Deputat oğluna qarşı 1 milyonluq iddia yenidən məhkəmədə

Deputat oğluna qarşı 1 milyonluq iddia yenidən məhkəmədə

Ersadık Ali Haydar oğlu Turan Tibb Universitetinin keçmiş rektoru, deputat Əhliman Əmiraslanovun oğlu, keçmiş biznes ortağı Azər Əmiraslanova qarşı 1 milyon dollarlıq iddia qaldırıb. 

Borcla bağlı məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədovun icraatına verilib. A.Əmiraslanova məxsus “Azər-Türk Med” klinikasının həmtəsisçisi olmuş Ersadık Ali Haydar oğlu Turan Nəsimi rayon məhkəməsinə müraciət edərək iddia qaldırıb. O, ortağı Azər Əmiraslanovun ona 1 milyon ABŞ dolları borcu ödəməli olduğunu bildirib. Lakin Nəsimi rayon məhkəməsi onun iddiasını təmin etməyib. Ersadık Turan qərardan narazı qalaraq apellyasiya şikayəti verib. 

Qeyd edək ki, E.Turan 2019-cu ilin avqust ayında klinikanın həmtəsisçiliyindən çıxıb. Bundan öncə də Azər Əmiraslanovun adı bir çox qalmaqallı işlərdə hallanıb. 

43 yaşlı A.Əmiraslanov amu.edu.az saytında yüzlərlə elmi məqalənin müəllifi, onkologiya sahəsində mütəxəssis, professor kimi təqdim olunub.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …