Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Deputat: “Monopolistlər dərman idxalına nəzarət edirlər”

Deputat: “Monopolistlər dərman idxalına nəzarət edirlər”

 Bəs deyirdilər ki, gömrükdə tam şəffaflıq var…  

İyunun 30-da Prezident İlham Əliyevin tapşırığına əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Qurumdan verilən məlumata görə, Tarif Şurasının iclasında daha 2557 dərman vasitəsinin qiyməti təsdiqlənib. Məlumata görə, ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 9632 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq olunub. Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 99%-ni təşkil edir. Bunlardan 7300 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır, digər 2332 dərman vasitəsinin yeni qiymətləri isə bu ilin sentyabr ayının 1-dən qüvvəyə minəcək
(APA).

İstehsalçılar və Tacirlər Birliyinin sədri Sevgim Rəhmanov hesab edir ki, Tarif Şurasının qərarı tamamilə düşünülmüş və əsaslıdır. “Dərmanların qiymətlərində süni ucuzlaşma bazar iqtisadiyyatına zidd gəlmir? Bu, sahibkarların dərman idxal etməyi dayandırmasına səbəb olmayacaq ki?”, – deyə soruşduq.sevqim

“Yox, sahibkarlara heç bir itki üz vermir. Düşünürəm ki, Tarif Şurası nümayəndələri dərmanların qiymətini aşağı salarkən, onların istehsalçı ölkədəki qiymətini də nəzərə alırlar”, – deyə S.Rəhmanov qeyd edib. Müstəqil deputat Vahid Əhmədovun fikrincə, Azərbaycanda dərmanların qiymətləri çox bahadır.   “Azərbaycanda 40 dollara olan dərman Türkiyədə 10 dollaradır. Ona görə də, düşünürəm ki, dərman preparatlarının qiymətlərinin nizamlanmasına ehtiyac var”, – deyə deputat Legion.az-a bildirib. “Sizə elə gəlmir ki, Türkiyədə qiymətlərin ucuz olması monopoliyanın olmamasından irəli gəlir”, – deyə soruşduq. “Mən gözəl bilirəm ki, ölkəyə hər adam dərman gətirə bilməz və dərman idxalatı monopolistlərin nəzarəti altındadır”, – deyə V.Əhmədov qeyd edib. O qeyd edib ki, Azərbaycan gömrüyündə tamamilə şəffaflıq var. “Bu gün kim istəyirsə, Azərbaycana istədiyi qədər dərman gətirə bilər”, – deyə deputat bildirib. “Əgər gömrükdə şəffaflıq varsa və kim istəsə dərman gətirirsə, o zaman qiymətlər niyə baha qalır? Bəlkə, ona görə ki, monopolistlər idxala nəzarət edirlər?” – deyə sual verdik. “Mən səninlə razıyam. Amma qiymətlərin nizamlanmasından imtina ağır fəsadlara gətirib çıxarar”, – deyə Vahid Əhmədov əlavə edib.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın