Ana səhifə / Kriminal / Deputat dollar krediti olanları müdafiə etdi: “Məsələ tez həll olunmalıdır”

Deputat dollar krediti olanları müdafiə etdi: “Məsələ tez həll olunmalıdır”

Mərkəzi Bankın sədri Elman Rüstəmov ikinci devalvasiyadan sonra əhali arasında ciddi narahatlıq yaradan dollar kreditlərinin ödənilməsinə görə güzəştlərin tətbiqinin mümkünsüzlüyünü bildirib. Güzəştlərlə bağlı təklifləri dəyərləndirən baş bankir gözlənilənin əksinə olaraq, “hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər” deyib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına açıqlamasında E.Rüstəmovun son açıqlamasına etirazını bildirdi:

“10 min dollara qədər olan kreditlər köhnə məzənnə ilə qaytarılmalıdır. Vəsait hardan – Mərkəzi Bankdan, Dövlət Neft Fondundan, dövlət, yoxsa kommersiya banklarından – təmin ediləcək, bu, artıq bizi maraqlandırmır. Çünki, bu barədə danışıqlar gedib, ümumi razılaşma olub.
Amma indi niyə belə edirlər, başa düşə bilmirəm. Mən hesab edirəm məsələ tez bir zamanda həll olunmalıdır”.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın