Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Deputat Baş nazirin qərarını müdafiə etdi: – “Monopoliya aradan qalxacaq”

Deputat Baş nazirin qərarını müdafiə etdi: – “Monopoliya aradan qalxacaq”

Nazirlər Kabineti (NK) xaricdən Azərbaycana gətirilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov son dərəcə ciddi qərarla bağlı birmənalı şərh verməyin çətinliyini diqqətə çatdırıb. Deputat Modern.az- açıqlamasında qərarın yerli istehsalın stimullaşadırılmasında çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıb:

Dollara qənaət edilir…

“Doğrudur, qərar 2 illik müddətə verilib. Əsas məqsəd də yerli istehsalçıların, sahibkarların, fermerlərin hüquqlarının müdafiəsi üçündür. Siyahıda əks olunan məhsulların hamısı Azərbaycanda da istehsal olunur. Yəni o mallara görə, dolları xaricə aparıb ölkədə olan məhsuldan təkrar gətirməyin əhəmiyyəti yoxdur”.

“Bu sahədəki monopoliya aradan qalxacaq”

Parlament üzvü bildirib ki, bəzi məhsullara görə idxal rüsumlarının artırılması Azərbaycanda bu sahədəki monopoliyaların da qarşısını alacaq:

“Çünki qərar monopolistlərə də təsirini göstərəcək. O monopolistlər ki, həmin məhsullardan xaricdən gətirir və Azərbaycanda baha qiymətə satışını təşkil edirdilər. Qərar bu sahələrdəki monopoliyanın, inhisarçılığın qarşısını almış olacaq”.

“İşbazlar süni qiymət artımı yaradacaqlar”

İqtisadçı bildirib ki, bu qərar müəyyən müddətə qiymət siyasətinə təsir göstərəcək.
“Yerli məhsullarda da bahalaşma baş verəcək, amma satışda problem olmayacaq. Bu addım əsasən sahibkarlara yardım kimi atılıb. Bununla belə, hesab edirəm ki, İqtisadiyyat Nazirliyinin İstehlakçıların Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bazarda süni qiymət artımının qarşısını almaq üçün nəzarəti gücləndirməlidir.
Çünki, indiki şəraitdə bəzi işbazların yerli istehsalda məhsulların süni qıtlığını yaradaraq bahalaşmaya getmə ehtimalı yüksəkdir.
Vəziyyətdən istifadə edib qiyməti artıranlar, süni qıtlıq yaratmağa cəhd edənlər olacaq. Amma yerli istehsalçıların da marağı olacaq ki, məhsulları tez satılacaq, dövriyyələri böyük olacaq, həmin məhsulların istehsalı ilə geniş məşğul olacaqlar. Bütün bunlara görə, istənilən qiymət artımın qarşısı alınmalıdır”.

Qeyd edək ki, dəyişikliyə əsasən, Azərbaycana idxal edilən
1 kq ev toyuğu əti üçün 1 dollar,
1000 ədəd toyuq yumurtası üçün 100 dollar,
1 kq soğan üçün 0,2 dollar,
1kq xiyar üçün 0,2 dollar,
1 kq qoz-fındıq üçün 1,5 dollar,
1 kq üzüm üçün 0,4 dollar,
1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək),
armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar,
1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.
O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq. Bu qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir və iki il müddətində qüvvədə qalır.
Qeyd edək ki, bundan əvvəl bu məhsullara gömrük dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın