Ana səhifə / Kriminal / “Dedim dərəbəyilikdir, döydülər” – 25 nəfər hamilə qadını xəstəxanalıq etdi – VİDEO

“Dedim dərəbəyilikdir, döydülər” – 25 nəfər hamilə qadını xəstəxanalıq etdi – VİDEO

Bakının Binəqədi rayonunda kütləvi dava baş verib.

Hadisəyə Xocaəsən qəsəbəsindəki yaşayış evlərinin birindən qonşunun həyətinə su axması səbəb olub.

Fərdi yaşayış evində kirayə qalan 25 yaşlı Səfər Səfərov öz ad gününü qeyd etmək üçün bacılarını və onlardan birinin həyat yoldaşı, Türkiyə vətəndaşı Səlcuq Yoldəmiri də qonaq çağırıb. Qonaqlıq zamanı qonşuluqda yaşayan yaşlı kişi Səfərovgilə gələrək bildirib ki, onun həyətindəki çən su buraxır və nəticədə həmin su onların həyətinə axır. Söz davası böydüyündən yaşlı kişinin qohumları da məsləyə qarışıblar və məsələ artıq əlbəyaxa davaya çevrilib.

Nəticədə S.Səfərovla bacısı və yeznəsi döyülərək müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Səfər Səfərov – Zərərçəkən: “Dedi ki, başından böyük danışma. Bura sənin suyun axıb. Deyirəm dayı arada məsafə var gələ bilməz. Dedi ki, yox, mən beləyəm. Kişi mənə əl atdı. Sonra dedi ki, 15 dəqiqə sonra səni evindən aparacaqlar. Dedim ki, dünya dərəbəyilikdir? 15 dəqiqə sonra dediyi də oldu. 20-25 nəfər gəldilər”.

Zərərçəkən: “Məni də sürüdülər. Dedim ki, uşağı vurmayın. İndi hamiləliyim pis vəziyyətdədir”.

Səlcuq Yoldəmir – Zərərçəkən: “Mən həyatımda belə şey görməmişəm. Çox döydülər. Qaynımı verməyəndə məni döydülər. O arada qaynımı apardılar maşına”.

Hadisəni törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıblar.

Faktla bağlı araşdırma davam edir.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …