Şənbə , Dekabr 10 2022
Ana səhifə / Kriminal / “Dedi ki, “Ay İşığı” restoranı bizimdir, ailəni oğurladıb orada saxlayarıq”

“Dedi ki, “Ay İşığı” restoranı bizimdir, ailəni oğurladıb orada saxlayarıq”

Biznezsmen Vüsal Qasımzadə həyatının təhlükədə olduğunu iddia edir.

Qafqazinfoya müraciət edən iş adamı biznes fəaliyyəti ilə əlaqədar olaraq özünü kriminal aləmin üzvü kimi təqdim edən şəxslər tərəfindən hədələndiyini bildirib. O, 2022-ci ilin mayında Xəyal adlı şəxslə tanış olduğunu, armatur alveri etdiklərini və pul üstündə ona qarşı təhdidlər olduğunu qeyd edib: “Xəyal mənə əlində külli miqdarda armatur ve məftil materialları olduğunu bildirdi. Malın hüquq-mühafizə orqanlarında çalışan vəzifəli şəxsə məxsus olduğunu dedi. Mən qiymətin tez-tez oynadığını, buna görə ondan topdan mal almağın riskli olduğunu izah etdim. Dedi ki, malın qiyməti düşərsə, qiymət fərqi nəzərə alınacaq. Bu razılaşma əsasında Xəyaldan 210 ton armatur, 30 ton məftil aldım. Hissə-hissə olmaqla avqustun əvvəllərinə qədər Xəyala 195 min manat pul verdim.Həmçinin 43 min manat qiymət fərqinə, 9 min manat yük maşınlarına çıxdığını bildirdim.

Bir neçə gün sonra Xəyal məni görüşə çağırıb 177 min manat verməli olduğumu dedi. Bunun səbəbini soruşanda “bizim hesabımız belədir” dedi. Birdən otağa Bilman adlı şəxs və bir neçə adamı daxil oldu. Bilman özünü kriminal avtoritet kimi təqdim etdi. Pulun ona “perevod” olunduğunu deyib məni və ailəmi ölümlə hədələdi. Dedi ki, “Ay İşığı” restoranı bizimdir, ailəni oğurladıb orada saxlayarıq. Bilmanın yanındakı Bəxtiyar adlı şəxs mənə bıçaq çıxardı. Məni döyməyə başladılar, avtomobilimi isə əlimdən aldılar. Mənə bir gün vaxt verib “evini də adımıza keçirməlisən” dedilər. Bilman ona borclu olduğuma dair zorla ərizə yazdırdı”.

Biznesmen iddia edir ki, bir neçə gün sonra Xəyal ona mesaj yazaraq barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) müraciət etdiklərini deyib: “Hədə-qorxular barədə “102”yə şikayət etdim. 16-cı bölmədən (Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsini nəzərdə tutur) bir nəfər zəng edib araşdırılacaq dedi. Sonra Bilman zəng eləyib məni hədələdi ki, bizdən şikayət eləmisən? Boş-boş şikayətlər etmə. Mən bununla bağlı həm prokurorluq orqanlarına, həm də yenidən “102”yə məlumat verdim. Xəyal zəng edib dedi ki, məni yenidən döydürəcəklər.

Səhəri gün mənə zəng gəldi, həmin şəxs özünü BMCMİ əməkdaşı kimi təqdim edərək “Bandotdel”ə gəlməyimi istədi.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşın müraciəti araşdırılıb: “Müraciətlə əlaqədar olaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində araşdırma aparılıb. Lakin iddialar təsdiqini tapmayıb. Bundan başqa, Vüsal Qasımlının vətəndaşlara vurduğu külli miqdarda ziyanla bağlı daxili işlər orqanlarına müraciət daxil olub. Həmin müraciətlə bağlı araşdırma aparılır”.

Həmçinin oxuyun

“Tariyel Qurbanovu şantaj etməsini bilməmişəm”- YENİ DETALLAR

Məşhur prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər …