Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Dava qızışdı: “Səni rüsvay edəcəm…” – QALMAQAL

Dava qızışdı: “Səni rüsvay edəcəm…” – QALMAQAL

Müğənni Xatun ilə rəqqasə Fatimə arasında yaşanan qalamqal yenidən qızışıb.

Musavat.com xəbər verir ki, Fatimənin efirdə “dodaqlarım silikon deyil, təbiidir” deməsi ifaçını özündən çıxarıb.

O, sosial şəbəkədə silikon dodaqlı bir şəxsin fotosunu paylaşıb və ad çəkmədən, rəqqasəyə eyham vuraraq bunları yazıb: “Bu fotonu gördüm, bir müğənnimi deyim, rəqqasəmi deyim, düşük-afiristmi deyim, evyıxanmı deyim, o yadıma düşdü. Bu fotonun eynisi var məndə, amma efirə çıxıb deyir ki, dodaqlarım anadangəlmə təbiidir, silikon yoxdur. Son xəbərdarlığımdır. Bir də orada-burada məndən danışsan, mənə şər atsan, müğənnilərə mənim adımdan yalan sözlər desən, aramı vursan, səni rüsvay etməsəm, mənə də Xatun deməsinlər. İki dəfə yanındakılara xəbərdarlıq etmişəm. bu da 3-cü oldu. Get, yalan, bədbəxt həyatını yaşa, məndən əl çək”.

Qeyd edək ki, bir müddət əvvəl iki məşhur arasında qalmaqal yaşanmışdı. Hətta Xatunun Fatiməni döydüyü iddia edilirdi. İkilinin dalaşmasına səbəb Xatunun xına evi açıb, Fatiməyə rəqib olmasıdır.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …