Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Kriminal / Daşkəsəndə 5 nəfərin ölümünə səbəb olan yanğınla bağlı cinayət işi açılıb

Daşkəsəndə 5 nəfərin ölümünə səbəb olan yanğınla bağlı cinayət işi açılıb

Daşkəsən rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə “Report”un Qərb bürosuna Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, noyabrın 14-də gecə saatlarında rayonun Quşçu kəndində 5 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və daha çox adam öldürmə) və 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

Xatırladaq ki, Quşçu kənd sakini, 1977-ci il təvəllüdlü Pənah Cəmil oğlu Tağıyeva məxsus ümumi sahəsi 150 kvadratmetr olan fərdi yaşayış evində baş vermiş yanğın zamanı ev sahibinin gəlini, 1990-cı il təvəllüdlü Sevinc Şahin qızı Tağıyeva onun övladları, 8 yaşlı Aysun, 6 yaşlı Sakit və 1 yaşlı Sadiq həmçinin ev sahibinin qız nəvəsi 11 yaşlı Günel Qoşqar qızı Ədilxanova yanaraq ölüblər.

Həmçinin oxuyun

Vilyam Hacıyevin həbs müddəti uzadıldı

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DXT) əməkdaşları tərəfindən saxlanılmış İmişli Rayon İcra …