Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Daşaltıda partlayış: 2 azərbaycanlı həlak oldu

Daşaltıda partlayış: 2 azərbaycanlı həlak oldu

Daşaltıda iki azərbaycanlı minaya düşüb. “Sputnik Azərbaycan” xəbər verir ki, hər iki şəxs həlak olub. 

Daxili İşlər Nazirliyi faktı təsdiqləyib. Bildirilib ki, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları – İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …