Ana səhifə / Kriminal / Danimarka İsmayıllıda quş fabriki acmaq istəyir

Danimarka İsmayıllıda quş fabriki acmaq istəyir

Danimarka şirkətləri Azərbaycanın İsmayıllı rayonunda hindquşu fabriki açmağı planlaşdırır. Bundan ötrü ölkəyə yeni müasir texnologiya gətiriləcək.

Bunu martın 26-da Danimarkanın Azərbaycana yeni təyin olunmuş səfiri Svend Olling etimadnaməsini prezident İlham Əliyevə təqdim edən zaman bildirib.

Səfir Danimarka şirkətlərinin Azərbaycanın neft sektoruna sərmayə qoyduğunu, “Carlsberg” şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini deyib. Hazırda ölkənin qida sənayesinə investor cəlb etdiklərini də bildirib.

Səfir Azərbaycanla Danimarka arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair müqavilənin imzalanacağını da bildirib. Bu, iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinə imkan yaradacaq.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın