Şənbə , Yanvar 23 2021
Ana səhifə / Kriminal / Daha iki xanım sənətçi polisə çağırıldı — OĞURLUQ HADİSƏSİNƏ GÖRƏ

Daha iki xanım sənətçi polisə çağırıldı — OĞURLUQ HADİSƏSİNƏ GÖRƏ

Müğənnilər Sevil-Sevinc Səfərovalar Yasamal Rayon Polis İdarəsinə çağırılıb.
“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, bir neçə gün öncə rayon ərazisində oğurluq faktı qeydə alınıb. Altı min manat civarında oğurluq edən gənc oğlan Yasamal polisi tərəfindən saxlanılıb. İddia olunur ki, həmin şəxs ilkin ifadəsində oğurladığı məbləğin böyük qismin pərəstişkarı olduğu Sevil-Sevinc bacılarına xərclədiyini bildirib. Müğənni bacılar şahid qismində ifadə vermək üçün polis bölməsinə dəvət ediliblər.
Əməkdaşımız məsələylə bağlı Sevil-Sevinc bacılarının prodüserləri ilə əlaqə saxlayıb. Adının çəkilməsini istəməyən prodüser xanım bildirib ki, bu gün sənətçilərin atalarının ildönümü olduğu üçün danışmaq imkanına malik deyillər. Əvəzində özü bunları deyib:
“Onlar qorxaq uşaqlardırlar. Əgər belə bir şey olsaydı, mütləq mənə deyərdilər. Çünki mənsiz heç yerə getmirlər. Mən bu məsələdən xəbərsizəmsə, deməli, belə bir şey olmayıb”.

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …