Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Daha bir xəstəxana direktoruna cinayət işi açıldı

Daha bir xəstəxana direktoruna cinayət işi açıldı

Qusar rayon xəstəxanasında təcili tibbi yardımın əməkdaşlarına verilən əlavə ödəmənin mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb.

Qusar rayon prokurorluğundan “ Azinforum.az ” – a verilən məlumata görə, araşdırma zamanı Qusar Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Mübariz Zeynalov, inzibati məsələlər üzrə direktor müavini Nəzakət Salmanova və maliyyə şöbəsinin müdiri Eldar Məhsimovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qulluq mövqeyinə qəsdən zidd olaraq xəstəxananın Təxirəsalınmaz Tibbi Yardım bölməsinin bir neçə əməkdaşına “COVİD-19” pandemiyası ilə bağlı mübarizə tədbirlərinə cəlb edilmələrinə görə ödənilməli olan müddətli əlavələri mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Masallı rayon Mərkəzi Xəstəxanasının direktoru Nəzərov Cəlil Oruc oğlu haqda da cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …