Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Daha bir toyda bıçaqlanma hadisəsi baş verib

Daha bir toyda bıçaqlanma hadisəsi baş verib

Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən Üzeyir şadlıq sarayının həyətində bıçaqlanma hadisəsi olub.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, bıçaqlanan 2 nəfərlə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə ötən gün saat 22:47-də müraciət daxil olub. 57 yaşlı kişi sağ bazunun kəsilmiş yarası, 24 yaşlı kişi üzün və döş qəfəsinin arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıblar.

Onlar əməliyyat olunublar. Alınan məlumata əsasən, dava “zakaz” – musiqi üstündə bəyin qohumları ilə gəlinin qohumları arasında düşüb.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …