Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Kriminal / Daha bir reper həbs olundu – DİN-dən açıqlama

Daha bir reper həbs olundu – DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi həbs olunan reperlə bağlı məlumat yayıb. “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi repin videogörüntüsü yayılıb.

Məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Nəticədə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini, “Ruzigar” ləqəbli reper Aydın Hüseynov olması müəyyən edilib və o, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı 1,21 qram marixuana aşkar edilib.

A.Hüseynov etiraf edib ki, narkotik istifadəçisidir.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. O, Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 30 sutka müddətində inzibati qaydada həbs edilib.

Həmçinin oxuyun

İşdən çıxarılan məktəb direktoru “general”a 10 min rüşvət verib – Təfərrüatlar

70 yaşında məktəb direktoru olmaq istəyən şəxs dələduzluqda üzləşib. Onun 10 min manatını ələ keçiriblər. …