Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Kriminal / Daha bir məktəbdə faciə – Bir şagird ölüb, ikisi isə…

Daha bir məktəbdə faciə – Bir şagird ölüb, ikisi isə…

Bakıda daha bir məktəblinin faciəvi ölümü ilə bağlı məlumat yayılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 21-də 123 nömrəli tam orta məktəbdə baş versə də, ictimaiyyətə bu gün bəlli olub. Belə ki, məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu yıxılıb. Bir qədər sonra özünü pis hiss etdiyini bildirən şagird sinif yoldaşlarının köməyi ilə məktəbin tədris binasına gətirilib.

Sinif yoldaşları dərhal məktəbin tibb məntəqəsinə gələrək İlkinin özünü pis hiss etdiyini xəbər veriblər. Onlar İlkinin əvvəlcə stadionda topu atanda yıxıldığını deyiblər. Məktəbin tibb bacısı, eləcə də müəllim heyəti hadisə yerinə gedərək şagirdin vəziyyətinin kritik olduğunu görüblər.

Məktəbə çağırılan təcili tibbi yardım briqadası İlkini şəhər xəstəxanalarından birinə aparıb. 20-21 gün xəstəxanada qalan İlkin Novruz bayramı ərəfəsində vəfat edib. 

123 nömrəli məktəbdən “Qafqazinfo”ya hadisəni təsdiqləyiblər və bildirilib ki,  Lətifov İlkin Mehman oğlu məktəbdə tibb bacısının müayinəsindən sonra dərhal təcili tibbi yardım çağırılıb və o, qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Şagirdin daxili orqanlarında qanaxma olması və əməliyyat  olunacağı barədə məlumat  dərhal valideynlərinə verilib. Məktəb kollektivi tərəfindən şagirdin ailəsinə maddi yardım da göstərilib.

Martın 15-də şagirdin vəfat etdiyi barədə məlumat verilib. Ölüm xəbərindən sonra isə mərhumun sinif yoldaşları ilə zarafatlaşarkən xəsarət aldığı məlum olub. Nəticədə, məktəbin 2 şagirdi şübhəli qismində nəzarətə götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır”.

Həmçinin oxuyun

Fuad Qəhrəmanlının ailə üzvlərinə zorakılıq etməsi faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Respublikası sosial, hüquqi, iqtisadi, tibbi və digər vasitələrlə uşaqları istismarın bütün növlərindən və təsirlərdən, …