Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Daha bir bankın rəhbərliyində kadr dəyişikliyi oldu

Daha bir bankın rəhbərliyində kadr dəyişikliyi oldu

“Unibank”da kadr dəyişikliyi baş verib.

Bankın İdarə Heyətinin üzvü, eyni zamanda risklərin idarə edilməsi üzrə direktor, baş risk inzibatçısı Azad Qasımov vəzifəsindən öz xahişi ilə uzaqlaşıb. Onun yerinə təyinat yoxdur.

Bundan başqa, Məcid Məmmədov Korporativ Bank Xidmətləri Departamentinin rəhbəri vəzifəsində İqor Okayevi əvəz edib.

“Unibank” baş vermiş kadr dəyişikliyinə münasibət bildirib. Bankdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, İdarə Heyətinin üzvü, eyni zamanda risklərin idarə edilməsi üzrə direktor, baş risk inzibatçısı Azad Qasımov bu gündən öz karyerasını iri qeyri-maliyyə holdinqində davam etdirəcək.

Bundan başqa, açıqlamada qeyd edilib ki, Korporativ Bank Xidmətləri Departamentinin rəhbəri İqor Okayev ölkədə fəaliyyət göstərən kommersiya banklarının birinə keçib. İ.Okayevi Məcid Məmmədov əvəz edib.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın