Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Daha bir bankın lisenziyası bərpa oluna bilər

Daha bir bankın lisenziyası bərpa oluna bilər

Ötən ay bağlanmış Azərbaycan banklarından daha birinin lisenziyası bərpa oluna bilər. Söhbət “Atrabank”dan gedir. Bankdan fins.az-a verilən məlumata görə, məhkəmə lisenziyanın bərpa edilməsi ilə bağlı müvafiq qərar qəbul edib. Hazırda Azərbaycan Mərkəzi Bankının (AMB) bu qərarı icra etməsi gözlənilir.
AMB-dən isə bununla bağlı hələ ki, qərar qəbul olunmadığı bildirilib.
Xatırladaq ki, “Atrabank”ın lisenziyası bu il, yanvarın 27-də “Qafqaz İnkişaf Bankı” ilə birlikdə ləğv edilib. Bir qədər sonra hər iki bank Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və Fonddan ona verilmiş şəhadətnamə ləğv olunub.
Amma bəzi məqamlar «Atrabank»ın hələ «kitabının bağlanmadığını» göstərir. Məsələ bundadır ki, ilin əvvəlindən 7 bankın lisenziyası ləğv edilib. Bunlar «Bank of Azərbaycan», «Gəncəbank», «Yunayted Kredit Bank», «NBC BANK», «Atrabank», «Qafqaz İnkişaf Bankı» və «Texnikabank»dır. Doğrudur, sonradan banklardan birinin – «NBC Bank»ın lisenziyası bərpa edilib.
Digər banklardan isə «Bank of Azərbaycan», «Gəncəbank», «Yunayted Kredit Bank» və «Texnikabank»ın əmanətçilərinə ƏSF tərəfindən kompensasiyaların qaytarılmasına başlanıb.
Göründüyü kimi, «Atrabank» və «Qafqaz İnkişaf Bankı»nın əmanətçilərinə kompensasiyaların verilməsinə hələ başlanmayıb. Qeyd edək ki, bunun üçün həmin banklarda sığopta hadisəsinin baş verdiyi elan edilməlidir.
Bununla belə, ƏSF hələ ki, “Atrabank”da sığorta hadisəsinin baş verdiyini bəyan etnəyib və bankın əmanətçilərinə kompensasiya ödənilməsinə başlanmayıb. Baxmayaraq ki, «Atrabank»dan sonra lisenziyası alınmış «Texnikabank»da bu proses artıq başlanıb.
Fondun icraçı direktoru Azad Cavadov fins.az-a bildirib ki, qanunvericiliyə əsasən, bankda sığorta hadisəsinin baş verib-vermədiyini AMB-nin müraciəti əsasında məhkəmə müəyyən etməlidir. Bununla bağlı isə qərar yoxdur. Üstəlik, fond rəhbəri istisna etməyib ki, “Atrabank”da və “Qafqaz İnkişaf Bankı”nda sığorta hadisəsi ümumiyyətlə baş verməsin.
Bu prosesin nəticsi kimi, bankdan fins.az-a verilən məlumata görə, məhkəmə bankın lisenziyanın bərpa edilməsi ilə bağlı müvafiq qərar qəbul edib. Hazırda Azərbaycan Mərkəzi Bankının (AMB) bu qərarı icra etməsi gözlənilir.
Azərbaycanda bağlanmış bankın lisenziyasının bərpa edilməsi halına 2 dəfə rast gəlinib. Bu il, yanvarın 26-da lisenziyası ləğv edilmiş “NBC Bank” bu ayın əvvəli bazara qayıdıb. Bir neçə il bundan əvvəl isə “Kövsərbank”ın (indiki “Caspian Development Bank”) lisenziyası bərpa edilmişdi.

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …

Bir cavab yazın