Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Daha bir bankın bağalanacağı anons edildi

Daha bir bankın bağalanacağı anons edildi

“Daha bir bank öz öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir”.

Modern.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov növbəti bağalanacaq bankın anonsunu verib.
“Monitorinqlərimiz və eləcə də bizə olan müraciətlər göstərir ki, həmin bank hətta cari hesablardakı kiçik məbləğdə ödənişləri belə mərhələli şəkildə ödəyir. Maliyyə Bazarlarına Nəzarət Palatası ya yaxın zamanlarda həmin bankın lisenziyasını ləğv etməli, ya da onun digər banka konseldasiyası prosesini sürətləndirməlidir.

Əslində, bankların lisenziyasının ləğv edilməsi deyil, onların birləşməsinə nail olunmasına ehtiyac var ki, heç bir əmanətçi prosesdən ziyan görməsin. Təəssüf ki, bankların konseldasiyası üçün hələ də dəfələrlə təklif etməyimə baxmayaraq, Mərkəzi Bank tərəfindən problemli bankların birləşdirilməsi üçün stimullaşdırıcı və ya təşviqedici fəaliyyətlər həyata keçirilmir”.

V.Bayramovun sözlərinə görə, bank sektorunda ilk beşliyə daxil olan “Bank Standard”ın müflis olmasından sonra sistemə daha fərqli yanaşmanın ortaya qoyulmasını aktuallaşdırıb:
“Aydındır ki, bankların lisenziyalarını mərhələli şəkildə ləğv etmək heç də bank sektorundakı problemləri həlli kimi qəbul edilə bilməz. Əvvəllər də təklif etdiyim kimi, banklardakı problemli aktivlərin, kreditlərin idarəedilməsi, sağlamlaşdırılması üçün ABŞ-da olduğu üçün xüsusi proqramın hazırlanmasına və tətbiq edilməsinə ehtiyac var.

Dollarda olan kreditlərə güzəştlərin verilməsi həmçinin bank sektorunun sağlamlaşdırılması baxımdan olduqca vacibdir. Birmənalı şəkildə, bank sektorundakı problemlərə kompleks yanaşma həyata keçirilməlidir ki, neft bumu dövründə “yağışdan sonraki göbələklər” kimi sayı artan bankların post-neft dövründə müflisləşməsi prosesi dayansın”.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın