Ana səhifə / Kriminal / Daha bir banka yeni rəhbər təyin edildi- Azərbaycanda

Daha bir banka yeni rəhbər təyin edildi- Azərbaycanda

“Azər-Türk Bank” ASC-nin İdarə Heyəti sədrinin səlahiyyətlərinin yeni icraçısı təyin edilib.

 Azinforum.az ” modern.az-a istinadən xəbər verir ki, bu, Fərhad Adıgözəlovdur. Bankdan verilən məlumata görə, F.Adıgözəlov daha əvvəl bankın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Yeni rəhbər seçilənə kimi F.Adıgözəlov İdarə Heyəti sədrinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Bankın İdarə Heyətinin yeni sədri səhmdarların yığıncağında seçiləcək. Səhmdarların yığıncağı 2015-ci il iyulun 31-də keçiriləcək.

Qeyd eədk ki, Elmar Məmmədov “Azər-Türk Bank”ın İdarə Heyətinin sədri vəzifəsini tərk etdikdən sonra bankın rəhbəri vəzifəsi boş qalıb. E.Məmmədov dünən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin yeni sədri təyin edilib.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın