Cümə axşamı , Sentyabr 16 2021
Ana səhifə / Kriminal / Daha 5 nəfər azad olunmuş ərazilərə keçməyə cəhd göstərib

Daha 5 nəfər azad olunmuş ərazilərə keçməyə cəhd göstərib

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə qanunsuz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, mayın 13-də səhər saat 6 radələrində polis əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı xırdabuynuzlu heyvanları otarmaq məqsədi ilə Hacıməmmədli kəndi ərazisindən Ağdam rayonunun işğaldan azad edilmiş ərazisinə keçməyə cəhd göstərən daha 5 nəfər saxlanılıb.

Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib və onların barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Həmçinin oxuyun

Bir zənglə dələduzlar vətəndaşların pullarını necə oğurlayırlar?

Azərbaycanda kibercinayətlərin sayı getdikcə artır. Xüsusilə də son günlər ölkədə internet dələduzluğunun yeni növü geniş …