Ana səhifə / Kriminal / Daha 3 xarici şirkət Azərbaycanı tərk edir – SİYAHI

Daha 3 xarici şirkət Azərbaycanı tərk edir – SİYAHI

Azərbaycanda fəaliyyət göstərən daha 3 xarici şirkətin nümayəndəliyi ləğv olunduğunu elan edib. Vergilər Nazirliyindən Azinforum.az-a verilən məlumata görə, həmin şirkətlərin kreditorları öz tələblərini müvafiq ünvanlara bildirə bilərlər.
Bağlayan şirkətlər bunlardır:
“China Geo-Engineering Corporation İnternational” MMC
“Cedberi CIS B.V.”
“Elit” MMC
Türk şirkəti olan “Elit” MMC –nin kreditorları tələblərini Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, mənzil 3 ünvanına bildirə bilərlər.
“China Geo-Engineering Corporation İnternational” MMC-nin kreditorları isə tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti,15, məhəllə 1212 ünvanına bildirə bilərlər.
Böyük Britaniyaya məxsus “Cedberi CIS B.V.” şirkəti isə kreditorlarına 2 ay ərzində vaxt verib. Onlar tələblərini Bakı şəhəri, Neftçilər prospekti 153, “Port Baku Towers” Biznes Mərkəzi (Cənub Qülləsi), 9-cu mərtəbə ünvanına bildirə bilərlər.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın