Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Dəvə avtomobilin kabinəsinə girdi… – Dəhşətli qəzadan görüntülər…

Dəvə avtomobilin kabinəsinə girdi… – Dəhşətli qəzadan görüntülər…

İordaniyanın Maan əyalətində sürətlə gedən avtomobil dəvə ilə toqquşub.
Moderator.az bu haqda xarici mediaya istinadla xəbər verir. Maşın o dərəcədə sürətlə gedib ki, toqquşma zamanı nəhəng heyvan ön şüşənin qırılması nəticəsində birbaşa sürücünün əyləşdiyi yerə düşüb.
Müxtəlif dərəcəli ağır xəsarətlər almış sürücü və sərnişinlər təcili xəstəxanaya çatdırılıb. Xeyli zədələrə məruz qalmış zavallı heyvan da xilasedici alətlərin köməyi ilə  əzilmiş avtomobildən çıxarılanadək çox əziyyət çəkib. Şahidlər tərəfindən çəkilmiş video-yazıda sürücünün sürət həddini aşması ucbatından  çıxılmaz vəziyyətə düşmüş dəvənin çırpıntıları və nərə səsləri əks olunub.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …