Ana səhifə / Kriminal / “Dərmanlarda, avtomobillərdə, bəzi ərzaq məhsullarında bahalaşma olacaq”

“Dərmanlarda, avtomobillərdə, bəzi ərzaq məhsullarında bahalaşma olacaq”

İqtisadçı ekspert Natiq Cəfərli avrozonadan ölkəmizə gətirilən məhsulların qiymətində bahalaşma olacağını və bunun daxili bazara da təsirsiz ötüşməyəcəyini yazıb

Ekspert sosial şəbəkə hesabında dünya ölkələrində dolların məzənnəsinin aşağı düşməsinin səbəblərini açıqlayıb:

“Bu gün rəsmi olaraq Azərbaycanda 1 avro 2 manatı keçdi, yeni məzənnə – 1 avro = 2,0122 manat. Əslində dünyada avronun bahalaşması deyil də, dolların ucuzlaşması baş verir. Yəni, avrozonanın problemləri yerindəcə qalıb: Brexit, Yunanıstan, İtaliya banklarının borc yükü, böyümənin zəif olması və s. – bu istiqamətlərdə avronu gücləndirəcək bir dəyişiklik yoxdur. Dolların ucuzlaşması isə ABŞ-da siyasi səhnədə olan qeyri-müəyyənliklə bağlıdır. Artıq ciddi müzakirələr gedir ki, Tramp yaxın aylarda istefa verə bilər, bu qeyri-müəyyənlik dollara mənfi təsir edir”.

Ekspert həmçinin neftin bahalaşmasını dolların ucuzlaşması ilə əlaqələndirib və əslində neftin bahalaşdığını deyil, əksinə ucuzlaşdığını bildirib: “O ki qaldı ölkəmizə bu proseslərin bizə 2 təsiri var: 1) Neft son vaxtlarda 52 dollara qədər bahalaşdı, amma bu da daha çox dolların ucuzlaşması ilə bağlıdır, dollar indeksi 100 punktan yuxarı olanda neft 54 dollar idi, indi indeks 91-92 punkta düşüb, neft isə 52 dollardır, yəni, əslində neft ucuzlaşıb, 2) Avrozonadan bizə gələn mallar 15% civarında bahalaşacaq, əsasən dərmanlarda, avtomobillərdə, onların ehtiyat hissələrində və bəzi ərzaq məhsullarında bahalaşma olacaq. Avro yaxın həftələrdə bahaşmaqda davam edə bilər, amma bu uzun çəkməyəcək, sentyabrda növbəti FED toplantısında alınacaq qərarlar dolların yenidən güclənməsinə səbəb olacaq”.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın