Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Dərbənd rayonunun başçısının həbs xəbəri yalan çıxdı

Dərbənd rayonunun başçısının həbs xəbəri yalan çıxdı

Mətbuat xidmətinin rəhbəri: “Rayonun rəhbəri adi rejimdə işə çıxır və cari işlərlə məşğuldur”

Dağıstanda aparılan genişmiqyaslı istintaq tədbirləri çərçivəsində Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX)əməkdaşlarının Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilovu saxlamaları haqda xəbərlər həqiqəti əks etdirmir.

Bu haqda “Yeni Müsavat”a Dərbənd rayon Adminstrasiyasının mətbuat xidmətinin rəhbəri Tərlan Ələkbərov məlumat verib.

O, deyib ki, başçı Məhəmməd Cəlilov işə çıxır və onun saxlanılması haqda xəbərlər yanlışdır: “Rayonun rəhbəri adi rejimdə işə çıxır və cari işlərlə məşğuldur”.

Xidmət rəhbəri bildirib ki, adminstrasiyada torpaq məsələləri ilə bağlı yoxlamalar aparılır. Dağıstan hüquq mühafizə orqanlarından da Məhəmməd Cəlilovun saxlanılması haqda xəbərləri təkzib ediblər.

Bu həftə ərzində Dağıstanda aparılan genişmiqyaslı istintaq tədbirləri çərçivəsində Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX)əməkdaşları bir sıra yüksək çinli məmurları saxlayıblar. İstintaqın qənaətinə görə, saxlanılanlar sosial lahiyələr həyata keçirilərkən büdcə pullarını dələduzluq etməklə mənimsəyiblər.

Tutulanlar sırasında Dağıstan hökumətinin başçısı Abdusamid Həmidov və müavinləri Şamil İsayev və Rayudin Yusifov, sabiq təhsil naziri Şahabas Şahov da var. Həbslərlə bağlı Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ötən gün Dağıstana gəlib. Yeni həbslər gözlənilir.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …