Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Dəm qazından boğulduğu deyilən qadını əri öldürüb

Dəm qazından boğulduğu deyilən qadını əri öldürüb

Sabirabad rayonunda bir neçə ay əvvəl baş vermiş hadisənin təfərrüatları məlum olub.

“Qafqazifo” DİN-nin saytına istinadən xəbər verir ki, Sabirabadın Kovlar kəndində Şahnisə Muradovanın yaşadığı evdə ölməsi ilə əlaqədar Baş Cinayət Axtarışı İdarəsi, rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qadının əri Xanbala Cəfərov tərəfindən boğularaq qətlə yetirilməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə X.Cəfərov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, ölüm faktı bu il martın 9-da qeydə alınmışdı. Həmin vaxt qadının dəm qazında zəhərlənərək öldüyü ilə bağlı məlumat verilmişdi.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …