Ana səhifə / Kriminal / Dəhşətli qəzada ölənlərin adları – Ata ilə qızı da var + Yenilənib

Dəhşətli qəzada ölənlərin adları – Ata ilə qızı da var + Yenilənib

Şamaxı rayonunda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib. Azinforum.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 9:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfərin hadisə yerində öldüyü, 3 nəfərin ağır xəsarət alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Hələlik ölənlərin və xəsarət alanların kimliyini müəyyən etmək olmayıb. Hazırda yol polisi əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, qəza nəticəsində vəfat edən 3 nəfər Ağsu rayon sakinləridir. Yaralı olan 3 nəfər isə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta ağırdır.

***

“Qafqazinfo” qəza nəticəsində ölən və yaralananların adlarını əldə edib. Belə ki, vəfat edənlərdən ikisi ata və qızıdır. Onlar Ağsudan Bakıya gedirlərmiş.

Vəfat edənlər:
Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Cəbiyev Elman Hüsyen oğlu
Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Hüseynova Nigar Elman qızı
Ağsu rayon sakini, 1978-ci il təvəllüdlü Soltiyev Teymur Nədirxan oğlu

Yaralılar:
Ağsu rayon sakini, 1978-ci il təvəllüdlü Babayev Cavid Əlbaba oğlu
Ağsu rayon sakini, 1966-cı il təvəllüdlü İbrahimov İlqar Fərhad oğlu (sürücü)
Ağsu rayon sakini, 1973-cü il təvəllüdlü Babayev Elşən Muradxan oğlu

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …