Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Dəfələrlə həbs olunan və azadlığa buraxılan Azadxan Xanməmmədov kimdir ?

Dəfələrlə həbs olunan və azadlığa buraxılan Azadxan Xanməmmədov kimdir ?

Qısa məlumat üçün qeyd edək ki,  Azadxan Xanməmmədovun adı dövrü mətbuatda  dəfələrlə müxtəlif cinayət əməllərində  hallanıb. 
Azadxan  Xanməmmədov  mətbuata verdiyi açıqlamalarda  qeyd edirdi ki, guya  onun şəriki olan 
“Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seydidov ona məxsus  kommersiya  təyinatlı daşınmaz  obyekti zəbt edib. 
Faiq  Seyidov isə öz açıqlamalarında  Azadxan Xanməmmədov ilə şərik olmadığını, onun şər-böhtan danışdığını  bildirirdi. 
Azadxan Xanməmmədov elədiyi şər-böhtanın işə yaramadığını görərək, konkret addım atmaq qərarına gəlib. 
Belə ki, Azadxan  Xanməmmədov  2017-ci ildə bir qrup kriminal şəxslə  əlbir olaraq Faiq Seyidova  məxsus obyektə  hücum edərək  külli miqdarda  ziyan vurub. 
Və nəticədə  hücum təşkil edərək ictimai qaydanı kоbud surətdə pоzan Azadxan Xanməmmədov barəsində külli miqdarda zərər vurmaqla törətdiyi dələduzluq cinayəti ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət edilib. 
Xeyli araşdlrmalardan sonra məlum olub ki,  Azadxan Xanməmmədov  guya şəriki olan Faiq Seyidovu  şantaj edərək ondan pul almaq istəyib. 
Belə ki, şirkətin Baş direktoru Faiq Seyidov dövlət orqanlarına  müraciətində bildirib ki, hazırda xuliqanlıq maddəsi ilə həbsdə olan “iş adamı” Azadxan Xanməmmədov onun etibarından sui-istifadə etməklə 2014-cü ildə razılaşma əsasında 1500 000 manata satdığı əmlakı bu günə kimi mülkiyyətinə keçirməkdən müxtəlif bəhanələrlə boyun qaçırıb: “Sonradan məlum olub ki, bu əmlak ona yox, oğlu Azər Xanməmmədova məxsus imiş və bizə satmamışdan xeyli əvvəl 2010-cu ildə “Access Bank” QSC girov qoyub külli miqdarda kredit götürübmüş. Azadxan Xanməmmədovun etibardan sui-istifadə edərək külli miqdarda ziyan vurmaq yolu ilə törətdiyi hərəkətlərlə bağlı AR Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirləndirilməsi və cinayət işinin başlanması üçün tərəfimizdən Binəqədi RPİ-nə ərizə ilə müraciət olunub”.
Faiq  Seyidov müraciətində qeyd edib ki, artıq bir ildən çoxdur Azadxan Xanməmmədovun şantaj və böhtanlarına məruz qalır: “Hazırda həbsdə olmasına baxmayaraq yenə də çirkin əməllərindən əl çəkmir. Bizdə olan məlumata görə bütün əməllərinin boşa çıxdığını görən Azadxan Xanməmmədov cinayətkarlara pul vəsaiti təklif etməklə mənim və ailə üzvlərimin həyatına təhlükə yaratmağı planlaşdırır. Bu əməllərində müxtəlif media orqanlarından istifadə edərək özünü yalandan şirkətin ortağı kimi qələmə verir, razılaşma əsasında 1500 000 manata satdığı əmlakın guya zəbt edildiyini bəyan edir. 
Bəli, “XALİQ FAİQOĞLU” şirkətinin uğurlarını, sərnişindaşıma sahəsində həyata keçirdiyi islahatları həzm edə bilməyən dələduz “iş adamı”  Azadxan  Xanməmmədov  hər bir vasitə ilə fəaliyyətimizə mane olmağa çalışır.
Eyni zamanda məlum olub ki, Azadxan Xanməmmədovun külli miqdarda ziyan vurmaqla törətdiyi cinayət hadisəsinin tək qurbanı biz deyilik. Məlum olur ki, Azadxan Xanməmmədov haqqında müxtəlif istintaq orqanlarında ayrı-ayrı cinayət işləri aparılır”.
Bəli, Azadxan Xanməmmədov özünün adına olmayan, hətta  kredit  üçün banka qoyulmuş  1.5  MİLYON  dəyərində obyekti  saxta yolla satıb…
Sonra işin üstü açılanda  Faiq  Seyidovu oğlu vasitəsilə şantaj etməyə başlayıb. 
İndi məlum oldumu, illər sonra Faiq Seyidovun oğlunun adı nə üçün mediada  hallanıb..? 
Çox təəssüf ki, bu işdə bəzi həmkarlarımızın, media mənsublarının da  adı hallanır. 
Bəs, Azadxan Xanməmmədovun digər qurbanları kimlərdir..? 
Azadxan Xanməmmədovu  azadlığa buraxdıran məmur kimdir..? 
Bu barədə araşdırmalarımız davam edir. 
Bizi izləyin.
P.S. Azadxan Xanməmmədovla Camaliya-nı nə birləşdirir? (Gundelik-Bakı)

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …