Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Dərmanların qiyməti 18 faiz ucuzlaşdırıla bilər

Dərmanların qiyməti 18 faiz ucuzlaşdırıla bilər

“Azərbaycanda dərmanların əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı məsələ hazırda hökumətdə müzakirə olunur. Bununla bağlı qanunun qəbul olunarsa dərmanların qiyməti 18 faiz ucuzlaşacaq”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib. O xatırladıb ki, bəzi ölkələrdə dərmanlar əlavə dəyər vergisindən azaddır: “Bir çox dövlətlər də var ki, burada müəyyən qədər əlavə dəyər vergisi var. Bütün bunları nəzərə alaraq məsələ ətrafında ictimai müzakirələr aparılır”.
Komitənin sədr müavini onu da qeyd edib ki, Azərbaycanda yerli dərman istehsalı çox vacib məsələdir: “Ölkədə bunun üçün bütün lazımi şərait var. Yəni, yerli istehsal üçün həm təbbi, həm iqtisadi, həm də texnoloji və peşəkar şərait var. Yerli dərman istehsalının təşkil olunması dərmanların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq. Bununla da dərmanların qiyməti daha ucuz olacaq. Dərmanın keyfiyyətinə hökumət birbaşa özü nəzarət edə biləcək”. Report.az

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın