Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Dərmanların keyfiyyətinə nəzarət gücləndi, amma…

Dərmanların keyfiyyətinə nəzarət gücləndi, amma…

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi yaxın günlərdə “Etibarlı aptek təcrübəsi” və “Etibarlı distributor təcrübəsi” adlı yeni tələblərə qoşulacaq.

Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Əczaçılıq Federasiyasının tövsiyələrinə uyğun hazırlanmış əczaçılıq müəssisələrinin yaradılması və fəaliyyətini tənzimləyəcək tələblər təsdiqlənmə mərhələsindədir.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, mərkəz dərmanların keyfiyyətinə nəzarəti gücləndirib. Nazirliyin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən isə dərman vasitələrinin əlavə təsirlərinə nəzarət qaydaları təsdiqlənib. Qaydaya əsasən, həkimlər və istehsalçılar dərman vasitəsinin istifadəsi zamanı istifadə təlimatında göstərilməyən, yaranan bütün əlavə təsirlər haqda məlumat verməlidir.

Bundan əlavə, vətəndaş şikayətinin dərhal araşdırılması üçün “qaynar xətt” xidmətinə əlavə telefon qoşulub. Vətəndaş şübhələndiyi dərman haqqında məlumat verəndən sonra araşdırma aparılır. Vətəndaşlar dərmanların əks təsirləri haqqında da şikayət edə bilərlər. Mərkəz dərman vasitələrinin əks təsirlərini toplayan Beynəlxalq Monitorinq Mərkəzinin müşahidəçi-ölkələri sırasına daxil olub.

Qeyd edək ki, bu ilin 9 ayında əczaçılıq bazarından 835 adda 2874 qutu qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları satışdan çıxarılıb.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın