Bazar ertəsi , May 20 2019
Ana səhifə / Kriminal / Dələduzluqda təqsirləndirilən iş adamı və sabiq bank əməkdaşına bərəaət verilib

Dələduzluqda təqsirləndirilən iş adamı və sabiq bank əməkdaşına bərəaət verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Rasim Cəfərquliyev və lisenziyası ləğv edilən “RoyalBank”ın sabiq əməkdaşı Kərim Əhədin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökümü ilə hər iki şəxsə bəraət verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, prokuror çıxışında hər iki şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə məlum olub ki, R.Cəfərquliyev SAB, “Sevimli dad”, “Min bərəkət” kimi kolbasa və sosiska şatışı ilə məşğul olan şirkətlərdən mal alaraq Bakı və ətraf rayonlarda satırmış. Bu işdə ona qardaşı və tanışı K.Əhəd də kömək edib. R.Cəfərquliyev daha çox qazanc əldə etmək üçün bir neçə tanışını bu işə cəlb edib və depozit qoyaraq onlara da pul qazanmağı təklif edib.

Belə ki, qoyulan depozitlərlə alınanan mallar satıldıqdan sonra digər şəxslər də gəlirdən qazanc əldə edəcəklərmiş. Amma işlər düz gətirməyib və R.Cəfərquliyev aldığı pulları geri qayatara bilməyib. Bu səsəbdən də depozit olaraq R.Cəfərquliyevə pul verən şəxslər ondan şikayətçi olublar.

Hər iki şəxs məhkəmədə özlərini təqsirli bilmədiyini deyib.

Həmçinin oxuyun

Təhsil Şöbəsinin keçmiş rəhbərinin cinayət işi məhkəməyə göndərilib

Mənimsədə təqsirləndirilən Balakən rayon Təhsil Şöbəsinin keçmiş rəhbəri Mahir Dibirov və digərlərinin cinayət işi üzrə …