Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Dələduzluqda ittiham olunan şirkət rəhbəri hökmdən narazıdır

Dələduzluqda ittiham olunan şirkət rəhbəri hökmdən narazıdır

“Azar-Tİ” MMC direktoru Ramiz Qazaxlının barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Ali Məhkəməyə müraciət edən məhkum barədəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 18-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

R.Qazaxlı Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti ilə cəzası şərti hesab olunub.

O, bir mənzili bir neçə nəfərə satmaqda ittiham edilir.

İş üzrə 11 nəfər zərərçəkmiş var.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurulmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinir. Pravda.az

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …