Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Kriminal / Dəfn mərasimi üçün çadır kirayəsi bahalaşdı

Dəfn mərasimi üçün çadır kirayəsi bahalaşdı

Azərbaycanda dəfn mərasimi üçün çadır kirayəsi xidməti bu ilin mart ayında əvvəlki ayla müqayisədə 1% bahalaşıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi statistikaya əsasən, bir günlük çadır kirayəsinin orta aylıq qiyməti martda 93,10 manat təşkil edib. Orta aylıq qiymət yanvarda 90,61 manat, fevralda 91,78 manat olub ki, bu da yanvarda aylıq 3,3%, fevralda isə 1,4% bahalaşma deməkdir.

Qeyd edək ki, dəfn mərasimi üçün çadır kirayəsi istehlak səbətinə daxil olan 100 xidmətdən biridir. Bildirək ki, “İstehlak səbətinə daxil olan məhsulların siyahısı” İqtisadiyyat Nazirliyi ilə razılaşdırılıb və Dövlət Statistika Komitəsinin 2016-cı il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilib. Siyahı əhalinin istehlak xərclərinin tərkibində daha az payı olan məhsul və xidmətlərin istehlak səbətindən kənarlaşdırılması, daha çox paya malik olan məhsul və xidmətlərin əlavə olunması və bəzi mövcud məhsulların səciyyəvi xüsusiyyətlərində dəyişikliklərin edilməsi nəticəsində formalaşdırılıb. Yeni istehlak səbəti 150-si ərzaq, 1-i tütün məmulatı, 269-u qeyri-ərzaq məhsulu, 100-ü xidmət növü olmaqla 520 adda məhsul və xidmətdən ibarətdir. Bundan əvvəl isə istehlak səbətinə 159-u ərzaq, 1-i tütün məmulatı, 280-i qeyri-ərzaq, 105-i xidmət olmaqla 545 adda məhsul və xidmət daxil olub.

Həmçinin oxuyun

“Azərişıq” ASC-nin maşını Qubada dərəyə aşdı, 2 əməkdaş həlak oldu

Quba rayonunda “Azərişıq” ASC-yə məxsus UAZ markalı avtomobil dərəyə aşıb, nəticədə iki əməkdaş həlak olub. …

Bir cavab yazın