Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “CV-ləri zibil qutusuna atıram…”- “SOCAR Türkiyə”nin rəhbəri

“CV-ləri zibil qutusuna atıram…”- “SOCAR Türkiyə”nin rəhbəri

“SOCAR Türkiyə”nin baş icraçı direktoru Kənan Yavuz Türkiyə Ali Təhsil Şurasını (YÖK) sərt tənqid edib.

Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, icraçı direktor sosial şəbəkədə yazdığı yazılarda ixtisaslı işçi tapa bilmədiklərindən gileylənib: “Gələn CV-ləri zibil qutusuna atıram, qapım universitet məzunlarına bağlıdır.  YÖK adlanan təşkilat ailələri və uşaqlarımızı aldatmaqdan əl çəkməlidir. Universitet bitirib ortalığa tökülən milyonlarla gənc var. Təcrübəli işçi qüvvəsi tapa bilmirik. Əlinə diplom alan hər məzun müdir olmaq xülyasına düşür. Anadolunun kəndlərinə beynəlxalq əlaqələr fakültəsi açan YÖK, heyif deyil bu uşaqlara, onlara ümid edən ailələrə? Buradan YÖK-ə səslənirəm, gələcək üç il içində minlərlə peşə təhsilli işçi qəbul edəcəyəm. Universitet məzunlarına isə qapım bağlıdır”.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın