Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Kriminal / “Çox adam evini kredit borcuna görə satır” – EKSPERT

“Çox adam evini kredit borcuna görə satır” – EKSPERT

Qara Qarayev metrosunun yaxınlığındakı parkda ev dəllalları alıcı sorağındadırlar.

Dəllallar arasında adi adamlar da var. Evlərini özləri satırlar.

Nuridə Atakişiyeva deyir ki, Binə qəsəbəsindəki 7 otaqlı həyət evinə 33 min manata alıcı axtarır:

“6 sot torğaqda tikilmiş iki mərtəbəli, 7 otaqlı həyət evidir. Hər cür şəraiti var. İçinə gir, rahat yaşa. Amma, hələ ki, alıcı tapa bilmirik”.

EVİNİ İMKANSIZLIQDAN SATANLAR…

Azərbaycanda manatın devalvasiyasından sonra evlərin qiyməti dollarla ifadədə ucuzlaşıb. Amma qiymətlər ucuzlaşsa da, alıcılar xeyli azalıb. 12 ildir ev alqı-satqısı ilə məşğul olan Xəyal Məmmədov deyir ki, müraciət edənlərin çoxu evini imkansızlıqdan satışa çıxaranlardır:

“Əksəriyyəti deyir ki, banka kredit borcu var, onu ödəmək üçün məcburiyyətdən evini satır. Açığı indi kefindən heç kim ev satmır. 120-150 minlik evlərdə qiymətlər 20 faiz ucuzlaşıb. Amma evlərə alıcı yoxdur. Gələn müştəri də 1, maksimum 2 otaqlı evlərlə maraqlanır”.

DEKABR DEVALVASİYASINDAN SONRA…

Hazırda əmlak bazarında əsas tələbat 1-2 otaqlı mənzillərə, ümumi həyət evlərinədir. Bakı ətrafında 25-35 kvadrat metrlik 1 otaqlı həyət evlərinin qiyməti 20-35 min manat, bina evləri isə 40-55 min manat arasında dəyişir. 2 otaqlı mənzillər yerindən və layihəsindən aslı olaraq 80-90 min manatdır.

“NBA Consulting Group”un rəhbəri Nüsrət İbrahimovdüşünür ki, alıcı qüvvəsi azaldığından daşınmaz əmlak ucuzlaşması gözlənilir:

“Manatın devalvasiyasından sonra evlərin qiyməti dollarla ifadədə ucuzlaşdı, manatla ifadədə bahalandı. Məsələn, 2015-ci il fevralın 21-də – ilk devalvasiyadan dərhal sonra qısa müddətdə qiymətlər 6 faiz, mart ayında isə 5 faiz bahalandı. Sonrakı aylarda nisbətən öz məcrasına qayıtdı. Dekabr devalvasiyasından sonra da az da olsa artım müşahidə olundu, manatla ifadədə hardasa 2 faizlik artım oldu. Amma dollarla ifadədə daşınmaz əmlak bazarında ciddi ucuzlaşma var”.

Nüsrət İbrahimov deyir ki, devalvasiyadan sonrakı artım müvəqqətidir. 2016-cı ilin sonuna kimi daşınmaz əmlak ucuzlaşmaqda davam edəcək. 2017-ci ildən etibarən nisbətən sabitləşəcək.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın