Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / Çovdarovun üzünə duran biznesmenin bacısı oğlu da tutuldu

Çovdarovun üzünə duran biznesmenin bacısı oğlu da tutuldu

“Real MTK” həbsdə olan rəhbəri İlham Qasımovundələduzluqda ittiham olunan bacısı oğlu, 1987-ci il təvəllüdlü Cahangirli Sahil Nizami oğlu və 1987-ci il təvəllüdlü Anar Əşrəfovun cinayət işi üzrə məhkəmə başlayıb.
Azinforum.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Qeyd edə ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Sahil Cahangirli “Real” MTK-nın icraçı direktoru olub. Anar Əşrəfov da MTK-da çalışıb. Onlar vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə, MTK-ya məxsusu mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər.
Bildirək ki, Sahil Cahangirli “Real” MTK-nın rəhbəri İlham Qasımovun bacısı oğludur.
İlham Qasımov da bu məhkəmədə müttəhimlər kürsüsünə çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevinsədrliyi ilə keçirilən prosesdə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsində onun cəzası 12 ilə endirilib.
lham Qasımov rəhbərlik etdiyi şirkət tərəfindən tikilmiş yaşayış binalarında mənzilləri bir neçə şəxsə satmaqda, şəriklik etdiyi azərbaycanlı milyonçu Gülağa Qəmbərova (Tənha) külli miqdarda maddi zərər vurmaqda təqsirləndirilir. İttihama görə, İ.Qasımov milyarderin 19,5 milyon dollarını mənimsəyib.
Onu da qeyd edək ki, İlham Qasımov MTN general olmuş Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınmış şəxslərdən biridir.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …